Avro-2020-də qrup mərhələsinə yekun vurulub

Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulub.

Newspress.az  xəbər verir ki, E və F qrupunda keçirilən oyunlardan  sonra bütün 1/8 finalçılar müəyyənləşib.

E qrupunda İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0.  E qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib. 

Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb. Polşa da 1 xalla sonuncu yerlə turnirdə mübarizəni dayandırıb.


“Ölüm qrupu” sayılan F qrupunda isə Fransa pley-offa vəsiqəni əvvəldən təmin etmişdi. Digər 3 komandanın 1/8 finala çıxmaq şansı var idi. Almaniya Münhendə Macarıstanla qarşılaşıb. Oyunun gedişində macarlar iki dəfə hesabda irəli çıxsalar da, almanlar möcüzəyə imkan verməyib. Görüş 2:2 hesabı ilə başa çatıb. Portuqaliya isə Fransa ilə matçda heç-heçə edib - 2:2. Bu nəticələrdən sonra Almaniya və Portuqaliya da pley-offa yüksəlib. Macarıstan millisi isə 2 xalla qrup sonuncusu olub və turnirlə vidalaşıb.

Beləliklə, İtaliya, Uels, Belçika, Danimarka, Niderland, Avstriya, İngiltərə, Xorvatiya, İsveç, İspaniya, Fransa, Almaniya milliləri qrupda ilk iki yeri tutmaqla, İsveçrə, Ukrayna, Çexiya və Portuqaliya yığmaları isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala yüksəlib.

 

23 iyun

Avro-2020

3-cü tur

 

F qrupu

23:00. Almaniya - Macarıstan - 2:2 
Qol: Szalay, 11 (0:1), Havertz, 66 (1:1), Şafer, 68 (1:2), Qoretska, 83 (2:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen. “Allyans Arena”

23:00. Portuqaliya – Fransa - 2:2 
Qol: Ronaldo, 31-pen. (1:0), Benzema, 45+2-pen. (1:1), 47 (1:2), Ronaldo, 60-pen. (2:2)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”

 

1

Fransa

3

1

2

0

4

3

5

2

Almaniya

3

1

1

1

6

5

4

3

Portuqaliya

3

1

1

1

7

6

4

4

Macarıstan

3

0

2

1

3

6

2



E qrupu

 

20:00.Slovakiya – İspaniya - 0:5 
Qollar: Dubravka, 30-avtoqol, Emerik Lyaport, 45+3, Pablo Sarabiya, 56, Ferran Torres, 67, Kuçka, 71-avtoqol
Reallaşdırılmayan penalti: Alvaro Morata, 12 (İspaniya) - qapıçı
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu

20:00. İsveç - Polşa - 3:2
Qollar: Forsberq,  2 (1:0), 59 (2:0), Levandovski, 61 (2:1), Levandovski, 84 (2:2), Klaesson, 90+4 (3:2)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu
 

 

1

İsveç

3

2

1

0

4

2

 

7

2

İspaniya

3

1

2

0

6

1

 

5

3

Slovakiya

3

1

0

2

2

7

 

3

4

Polşa

3

0

1

2

4

6

 

1

 




Tarix: 2021-06-24 10:35:30 Oxunub: 2227 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR