Şəkiyə Xan Sarayının UNESCO-ya daxil olmasına görə sertifikat verilib

Şəkidə Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdim olunma mərasimi keçirilib.

Newspress.az xəbər verir ki, mərasimdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Milli Məclisin üzvü Vüqar İsgəndərov və digər şəxslər iştirak ediblər. Tədbir iştirakçıları öncə Şəki Xan Sarayının qarşısında təşkil edilən sənəti sərgisinə baxış keçiriblər.

Tədbirdə vurğulanıb ki, 2019-cu ilin iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın Şəki şəhəri “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Çıxışçılar Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması münasibəti ilə rayon ictimaiyyətini təbrik ediblər.




Tarix: 2021-07-07 16:10:43 Oxunub: 5712 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR