Ucarda dəhşətli qəza baş verib - 5 ölü, iki yaralı var

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Newspress.az xəbər verir ki,, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub.

Yol qəzasının təfərrüatları araşdırılır.




Tarix: 2021-07-09 10:24:39 Oxunub: 8717 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR