Xarici diplomatların Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun və beynəlxalq təşkilatların 100-ə yaxın səfir və diplomatlarının işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

Newspress.az xəbər verir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.




Tarix: 2021-07-09 10:36:07 Oxunub: 8902 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR