Tikinti şirkətinin əməkdaşları Xocalıda minaya düşüb

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Newspress.az xəbər verir ki, Xocalı rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.




Tarix: 2021-07-22 11:37:22 Oxunub: 4971 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR