Baydan : "Gücləndirici dozaya ehtiyac yoxdur"

ABŞ Prezidenti Co Bayden mütəxəssislərin gəldiyi qənaətə əsaslanaraq, amerikalıların yeni koronavirusa qarşı əlavə - gücləndirici dozaya ehtiyaclarının olmadığını bildirib.

Newspress.az xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Vaşinqtonun pandemiya ilə mübarizədə atdığı yeni addımlarla bağlı etdiyi çıxışı zamanı deyib.

“Bilirəm ki, bir çoxlarınızın gücləndirici peyvənd dozasına ehtiyacınızın olub-olmadığını düşünürsünüz. Hazırda həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur”, prezident vurğulayıb.

Bayden əlavə edib ki, əgər elmi təcrübələr gücləndirici bir dozaya ehtiyac olduğunu ortaya qoyarsa, belə bir addım atılacaq.




Tarix: 2021-07-30 09:09:53 Oxunub: 3893 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR