Türkiyədə 21 yerdə yanğın davam edir, 42 yanğın nəzarətə götürülüb

“Türkiyədə 42 yanğın nəzarət altına alınıb, Antalya, Mersin və Adananın yer aldığı 21 yerdə isə yanğın davam edir”.

Newspress.az xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli ölkədə baş verən kütləvi meşə yanğınları ilə bağlı paylaşdığı son məlumatında bildirib.

Nazirin paylaşdığı qrafikdə Adanadakı 20 yanğından 6-nın, Antalyada 10 yanğından 4-nün, Mersində 7-dən 4-nün, Osmaniyedə 4-dən 3-nün, Muğlada 4-dən 2-nin, Kayseri və Manisada isə bir yanğının davam etdiyi qeyd olunub.

Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş, Kocaeli, Kastamonu, Sakarya, İstanbul, Hatay, Bursa, İzmir, Diyarbəkir, Karaman vilayətlərində isə baş verən yanğınların nəzarət altına alındığı bildirilib.




Tarix: 2021-07-30 09:14:04 Oxunub: 5038 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR