Cüdoçumuz İrina Kindzerska yarımfinala vəsiqə qazanıb

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Newspress.az xəbər verir ki, milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşacaq. 

Yarımfinal, final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçiriləcək.

İ.Kindzerska cudo yarışlarında sonuncu təmslçimizdir. 

Bundan əvvəl mübarizəyə qoşulmuş 8 cüdoçumuzun heç biri medal qazana bilməyib.




Tarix: 2021-07-30 09:25:42 Oxunub: 6517 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR