"Tokio-2020" də növbəti medalı boksçumuz əldə edib

Azərbaycan boksçusu Alfonso

Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

Newspress.az xəbər verir ki, o, 1/4 finalda türkiyəli Bayram Malkanla qarşılaşıb.

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu mübarizədən kənarlaşdıran Avropa Oyunlarının qalibi ikinci döyüşündən də qalib ayrılıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibini 5:0 (28:27, 29:26, 28:27, 29:26, 28:27) hesabı ilə məğlub edib.

Bununla da Alfonso yarımfinalda iştirakını rəsmiləşdirib. Boksçumuz 1/4 final səddini keçməklə özü üçün ən azı bürünc medalı təmin edib.

O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq. Döyüş avqustun 1-də olacaq.




Tarix: 2021-07-30 16:09:15 Oxunub: 7661 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR