Ərdoğan: "Baş verən yanğınlarla əlaqədar araşdırmalara başlanılıb"

“Türkiyənin müxtəlif yerlərində eyni zamanda baş verən yanğnlarla əlaqədar geniş miqyaslı araşdırmalara başlanılıb”.

Newspress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ölkədə baş verən kütləvi yanğınla əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi, Milli İstihbarat Təşkilatı və digər aidiyyəti qurumlar araşdırma aparırlar: “Bu hadisəyə çox ciddi yanaşılmalıdır. Müxtəlif yerlərdə təxminən eyni zamanda yanğın baş verib. Əgər bu hadisəyə milli baxış bucağından baxsaq, birlikdə qərar verməyimiz, gücümüzü bir istiqamtə yönləndirməyimiz lazımdır”.

Türkiyə Prezidenti deyib ki, yanğın başlayan vaxtdan etibarən ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri onun təlimatı ilə hadisə yerində olub, müvafiq tədbirlər görüblər: “Bütün imkanlarımızı səfərbər etmişik”.

Ərdoğan bildirib ki, Rusiya, Ukrayna yanğınsöndürmə təyyarələri göndərib, Azərbaycanla da bununla bağlı danışıqlar aparılıb: “Azərbaycandan göndəriləcək “Amfibiya” təyyarələri çox məhsuldar və yanğınsöndürmədə ən modern üsullarla çalışır”.




Tarix: 2021-07-30 16:14:57 Oxunub: 519 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR