Neftin qiyməti mənfiyə enib - Tarixdə ilk - FOTO FAKT (Yenilənib)

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. 

Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib.

Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.

*****

Dünya bazarında Birləşmiş Ştatların nefti olan WTI-ın qiyməti 1 ABŞ sentinə düşüb. 

Ümumilikdə son saatlarda göstəricilər 99% geriləyib.

“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb. Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.




Tarix: 2020-04-20 22:36:59 Oxunub: 891 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR