Lavrov: "Biz liderlərin üçtərəfli formatda razılaşdığı sənədə sadiqik"

Biz liderlərin üçtərəfli formatda razılaşdığı sənədə sadiqik.

Newspress.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda söhbət imzalanmış sənədlərin icrasından, hər şeydən öncə etibarlı təhlükəsizliyin təmin olunmasından və inamın bərpasından gedir.

“Burada xüsusi rolu Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup oynayır. Bu, tərəflərin baş verənlərə daha konstruktiv yanaşmasına imkan verəcək. Bütün səviyyələrdə humanitar əlaqələrin genişlənməsini və hər iki tərəfin ritorikasının ciddi şəkildə yumşalmasını vacib hesab edirik. Bunun yekun nizamlanma üçün şərait yaradacağına şübhə etmirəm”, - deyə S. Lavrov vurğulayıb.




Tarix: 2021-08-31 16:44:13 Oxunub: 6056 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR