3788 yeni yoluxma faktı qeydə alınıb - GÜNÜN STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3788 yeni yoluxma faktı qeydə alınıb, 3228 nəfər müalicə olunaraq sağalıb.

Newspress.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib, aktiv xəstə sayı 53 129 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, ötən müddət ərzində isə ümumilikdə 4 461 937 test aparılıb.




Tarix: 2021-08-31 17:25:22 Oxunub: 5258 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR