Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə vaksin vurula bilər - RƏSMİ

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulacağı məlum olub.

Newspress.az xəbər verir ki, Səhiyyə Nazirliyindən  verilən məlumata görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsinin qərarına əsasən, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.




Tarix: 2021-09-07 10:27:57 Oxunub: 3834 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR