11 sentyabr hadisəsi ilə bağlı məxfi məlumatlar açıqlanıb

ABŞ Prezidenti Co Baydenin təlimatı ilə 11 sentyabr terror aktına dair bəzi məxfi məlumatlar hadisənin 20-ci ilində ictimaiyyətə açıqlanıb.

Newspress.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2016-cı ilə aid olan bir dosyeni ABŞ xalqına təqdim edib.

Açıqlanan məxfi qeydlərdə 11 sentyabrda hava hücumu həyata keçirən şəxslərdən ikisinə Səudiyyə Ərəbistanı vətəndaşının köməklik göstərdiyi ortaya çıxır. Sənədlərdə Ömər el-Bayumi adlı Səudiyyə Ərəbistanı vətəndaşının kəşfiyyat agenti olduğundan bəhs edilib. Los-Angelesdə tələbə olan Ömər 11 sentyabrda hava hücumu təşkil edən iki pilotun ABŞ-a səyahətinə, qalmasına və maliyyə işlərinin həllinə köməklik edib.

Qeyd edək ki, sənəddə Ömər el-Bayuminin taleyi haqqında informasiya verilmir.

O da bildirilir ki, 11 sentyabr terror aktına dair ABŞ-ın xüsusi xidmət orqanlarında kifayət qədər məxfi informasiyalar var. Onların nə zaman açıqlanacağıı hələlik bilinmir.




Tarix: 2021-09-13 11:09:13 Oxunub: 125 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR