Regional İdarədə şəhidlərin xatirəsinə həsr edilmiş tədbir təşkil edilib- FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi tərəfindən 27 sentyabr şəhidlərin Anım günü münasibət ilə tədbir təşkil edib. 

Newspress.az xəbər verir ki, tədbirdə Regional İdarənin rəhbərliyi və əməkdaşları işitirak edib. Çıxış edənlər Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər. Qeyd olunub ki, Vətən Müharibəsində 2907 hərbi qulluqçumuz şəhid olub, 7 nəfəri isə hələdə itkin düşmüş hesab edilir. Çıxış edənlər qeyd ediblər ki, Ermənistan müharibə dövründə bütün büynəlxalq hüquq normalarını kobud şəkildə pozub.Dinc əhaliyə qarşı qdağan olunmuş raketlərdən istifadə edib. 

Qeyd edək ki, Qəbələ Regional İdarəsinində 3 əməkdaşı Vətən Müharibəsində iştirak edib. Sonda tədbir iştirakçıları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.




Tarix: 2021-09-27 16:53:34 Oxunub: 639 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR