Ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start...

Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib.

Newspress.az xəbər verir ki, 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.

Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.




Tarix: 2021-09-29 10:13:25 Oxunub: 2715 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR