Mingəçevirdə maraqlı oğurluq hadisəsi baş verib

Mingəçevirdə mənzildən oğurluq edilib.

Newspress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə noyabrın 1-nə keçən gecə şəhər ərazisindəki mənzillərin birindən 20.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək saxlanılıb.




Tarix: 2021-11-03 13:45:12 Oxunub: 1722 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR