B.Conson: "Britaniya və Azərbaycan münasibətlərin 30 illiyini qeyd edəcəyik"

“Biz növbəti il Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik”.

Newspress.az xəbər verir ki, bu, bu gün Böyük Britaniya Baş naziri Boris Consonun Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində oxunan müraciətində bildirilib.

B.Conson deyib ki, hazırda iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir: “Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Siz Qoşulmama Hərəkatının sədri kimi narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermsiniz, Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynamısınız. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı razılaşmaya da artıq qoşulub”.

Baş nazir qeyd edib ki, Azərbaycan hazırda ərazilərin minalardan təmizlənməsi prosesini həyata keçirir: “İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”.




Tarix: 2021-11-04 11:25:08 Oxunub: 7536 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR