Ermənistan ölən hərbçilərinin sayını açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində ölən hərbçilərinin sayını açıqlayıb.

Newspress.az xəbər verir ki, “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Bundan əlavə, erməni mənbələrinin məlumatına əsasən, 13 əsir və 24 itkinin müəyyənləşdirilməsi istiqamətində Rusiyanın vasitəçiliyi ilə işlər davam edir.

Ordumuzun məhv etdiyi erməni hərbçilərin adlarını təqdim edirik:

Baş leytenant Saakyan Taron Jivanoviç;

Çavuş Merujan Arturoviç Arutyunyan;

Sıravi əsgər Sərkisyan Qurgen Aşotoviç;

Kiçik serjant Artur Jivanoviç Martirosyan;

Sıravi əsgər David Amiryan.

1 cəsədin şəxsiyyəti isə hələ müəyyənləşməyib.




Tarix: 2021-11-19 11:20:03 Oxunub: 2005 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR