Deputat Vüqar İskəndərov şəkili rəssamın sərgisində - FOTO

Rəssamlar İttifaqının üzvü, əslən Şəkidən olan rəssam Rəsmiyyə Mahmudovanın tələbələri ilə Şuşa ilinə həsr olunmuş "Rənglərdəki izlər" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə fəxri qonaq qismində Milli Məclisin deputatı Vüqar İskəndərov da iştirak edib. Deputat sərgidə əl işlərini nümayiş etdirən gənc rəssamalara uğurlar arzulayıb, onların bu təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd olunub ki, sərgidə çox unikal əsərlər - kötük üzərində yağlı boyadan istifadə etməklə rəsm əsərləri təqdim olunub. sərgidə 100-ə yaxın rəsm əsərləri nümayiş etdirilib. Sonda fərqlənən rəssamlara sertifikat və hədiyyələr təqdim olunub.




Tarix: 2022-01-15 14:07:35 Oxunub: 629 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR