İspaniya Super Kubokunda final oyunu keçirilib

Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.

Newspress.az xəbər verir ki, həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı "Kral Fəhd" stadionunda təşkil olunmuş qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.

87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.

Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.




Tarix: 2022-01-17 01:08:30 Oxunub: 134 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR