Konqodan silahlılar 11 nəfəri öldürüb, 10 nəfər isə xəsarət alıb

Konqo Demokratik Respublikasının İturi əyalətində baş verən hücum nəticəsində 11 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Newspress.az  xəbər verir ki, bu barədə “7Sur7” portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum şənbədən bazara keçən gecə baş verib.

"İlkin məlumata görə, hücumçuların əli ilə 11 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb. Onlar Kokonyanq kəndində öldürülüb", - Baboa-Bakoe rayonunun rəhbəri Cona Lemi Zorabo deyib.




Tarix: 2022-01-17 01:20:33 Oxunub: 390 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR