Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Newspress.az xəbər verir ki, hadisə “Kombinat yolu” deyilən ərazidə, Göyşaban kəndi yaxınlığında baş verib. İlkin məlumata görə qəzanı törədən “VAZ-2107 “markalı avtomobilin sürücüsü təcili tibbi yardım xidmətinə hadisə barədə məlumat verib.

Koma vəziyyətində olan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.




Tarix: 2022-01-17 01:32:55 Oxunub: 132 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR