Şimal bölgəsində hava şəraiti pisləşib - Qarın hündürlüyü 20 sm çatıb

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

Newspress.az xəbər verir ki, regionun bütün rayonlarına qar yağıb.

Ən çox yağıntı Quba rayonunda qeydə alınıb. Burda qarın hündürlüyü 20 sm-ə çatıb. Rayon mərkəzində mənfi 3,6 dərəcəyədək enib. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 sm, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 sm, temperatur isə mənfi 5,7 dərəcə olub.

Şabran rayonunda qarın hündürlüyü 12 sm, havanın temperaturu isə mənfi 1,4 dərəcəyədək enib.




Tarix: 2022-01-17 09:38:54 Oxunub: 336 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR