Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Newspress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 18-i gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.




Tarix: 2022-01-17 14:18:17 Oxunub: 113 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR