2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb
2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Newspress.az xəbər verir ki, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.
O, ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.
İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.
Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.
Tarix: 2022-01-18 10:31:41 Oxunub: 122 dəfə