Hacı Zeynalabdin Tağıyev haqqqında serial çəkilir

Neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqqında serialın hazırlıq mərhələsi davam edir.

Newspress.az xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 8 seriyadan ibarət olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunur.

“Film ortaq layihədir - Bakı Media Mərkəzi də daxil olmaqla bir neçə istehsalçısı var. Bildiyiniz kimi, 2023-cü ildə neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Serialın da o tarixdə hazır olması nəzərdə tutulur”, - məlumatda vurğulanır.




Tarix: 2022-01-18 16:45:45 Oxunub: 127 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR