20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa - FOTO

Qeyd İctimai Birliyinin təşkilatçılığıyla Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar İskəndərov, Ceyhun Məmmədov, Jalə Əhmədova, Rupor.az saytının rəhbəri Ceyhun Musaoğlu, qazi Zakir İmanov və digər ictimai qonaqların iştirakı ilə dəyirmi masa keçirilib.

İlk olaraq Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədov iştirakçıları salamlayıb və 20 Yanvar faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Görüş əsasında gənclərə 20 yanvar hadisələri, müstəqilliyimizi bizə qazandıran çətin və şərəfli yol haqqında geniş məlumat verilib. Çıxış edən deputat Vüqar İskəndərov 20 Yanvar hadisələrinin törədilməsinə yaradılan zəmin, ermənilərin planlı şəkildə həyata keçirtdiyi təxribatlarının Azərbaycanın parçalanması üçün düşünülmüş bir addım olduğunu vurğulayıb. Çıxışçılar 20 Yanvar hadisələrini tariximizin həm faciəvi, həm də qəhrəmanlıq səhifəsi olaraq qiymətləndirib. Qeyd olunub ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verilməsi xalqımıza qarşı törədilən bu amansız faciənin mahiyyətini bu günə kimi bütün dünyaya çatdırmaqda böyük rol oynayıb.. Sonda xatirə şəkilləri çəkdirildi.




Tarix: 2022-01-19 17:05:49 Oxunub: 372 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR