Pep Qvardiola komandanın zədəli futbolçuları barədə danışıb

"Manşester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın zədəli futbolçuları barədə danışıb. 

Newspress.az xəbər verir ki, "şəhərlilər"in üç müdafiəçisi - Con Stounz, Kayl Uoker və Natan Ake zədədən əziyyət çəkir. Mütəxəssis isə goal.com-a açıqlamasında deyib:

“İndi bizim real və ciddi problemlərimiz var. Amma bu duruma uyğunlaşmaq lazımdır. Oyunçular bilirlər ki, problemimiz var. Bəzi cinah futbolçularımız mərkəz müdafiəçisi kimi oynamalı ola bilər. Belə vəziyyət həqiqətən də üzücüdür".

Qeyd edək ki, "Mançester Siti" bu gün Premyer Liqanın 34-cü turunda "Uotford ”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.




Tarix: 2022-04-23 14:04:27 Oxunub: 10827 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR