Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start verilib

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Newspress.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edib. 3:2 hesabı ilə qalib gələn Mersisayd təmsilçisi finala yüksəlib. Bu komandalar arasında ilk görüş də Yurgen Kloppun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, yarımfinalın digər görüşündə "Real" "Mançester Siti"ni qəbul edəcək.

Xatırladaq ki, ÇL-in finalı mayın 28-i Fransadakı "Stade de Frans"da keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Dia, 3 (1:0), Koklen, 41 (2:0), Fabinyo, 62 (2:1), Dias, 67 (2:2), Mane, 74 (2:3)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

ilk oyun: 0:2.

4 may

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santiaqo Bernabeu" stadionu

İlk oyun - 3:4.




Tarix: 2022-05-04 11:57:59 Oxunub: 10825 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR