“Real” finalda “Liverpul”la qarşılaşacaq - "M.Siti" məğlub oldu
“Real Madrid”lə “Mançester Siti” arasında cavab qarşılaşması başa çatıb.
Newspress.az xəbər verir ki, "Real Madrid" "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edərək ÇL-in finalına çıxıb.
Madridin Santyaqo Bernabu stadionunda keçirilən görüşdə hesab 73-cü dəqiqədə açılıb. Riyad Marez “Real”ın qapısına ilk və yeganə qolu vurub. Rəqib komandanın oyunçuları isə bütün qolları uzatma dəqiqələrində vurublar:
Rodriqo – 90, 92-ci dəq,
Benzema – 95-ci dəq.
“Real” finalda “Liverpul”la qarşılaşacaq.
Tarix: 2022-05-05 08:40:32 Oxunub: 11409 dəfə