Qubada ağır qəzada 2 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.

Newspress.az xəbər verir ki, BDYPİ-dən verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi “DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, “VAZ 2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.




Tarix: 2022-05-12 14:45:36 Oxunub: 11064 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR