Nazir Sabirabaddakı Tarix-diyarşünaslıq muzeyində olub

Mədəniyyət naziri Anar Kərimov Beyləqan rayonuna səfərdən qayıdarkən iyunun 17-də Sabirabad şəhərində olub.

Newspress.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən  verilən xəbərə görə, nazir Sabirabad şəhərində yerləşən tarixi tikiliyə – “Köhnə hamam”a baxış keçirib.

Bildirilib ki, “Köhnə hamam” 1900-cü ildə yerli sakin Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub və istifadəyə verilib.

Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına (inventar nömrəsi 4951) daxil edilib.

Anar Kərimov Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət Nazirliyinə ayrılan büdcə vəsaiti hesabına aparılan bədii tərtibat işləri ilə də tanış olub. Nazirə muzeyin yenilənən ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Anar Kərimov işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.




Tarix: 2022-06-17 15:52:06 Oxunub: 263 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR