SON DƏQİQƏ: Kəlbəcərdəki yaşayış məntəqələrimiz atəşə tutub

İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Newspress.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.




Tarix: 2022-06-29 09:41:57 Oxunub: 252 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR