Azərbaycanda 250 min avro alan futbolçu kimdir?

Qana millisinin sabiq futbolçusu Maykl Essyenin “Səbail” klubundakı maaşı bəlli olub.

38 yaşlı yarımmüdafiəçi illik 250 min avro məvacib alır. Təcrübəli oyunçunun komandada ən çox maaş alan oyunçu olduğu da vurğulanıb. 

Qeyd edək ki, peşəkar karyerasına “Bastiya”da başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “zadəganlar"ın heyətində 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub. Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.




Tarix: 2020-05-05 09:52:35 Oxunub: 875 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR