Apple şirkəti tərtibatçılar üçün WWDC 2020 tədbirinin tarixini açıqladı


mart ayında Apple şirkəti bildirmişdi ki, tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC tədbiri bu il koronavirus səbəbilə online formatda keçiriləcək. İndi isə şirkət WWDC 2020-nin keçirilmə tarixlərini açıqlayıb.

Beləliklə bu ilki WWDC 2020 tədbiri 22 iyun tarixində Apple Developer mobil tətbiqində və saytında start götürəcək. Tərtibatçıların bu online tədbirdə iştirakları pulsuz olacaq. Tədbir çərçivəsində şirkət tərtibatçılar üçün yeni iOS, iPadOS, macOS, tvOS və watchOS əməliyyat sistemlərinin ilkin versiyalarını təqdim etməlidir.




Tarix: 2020-05-06 14:21:10 Oxunub: 967 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR