Teymur Rəcəbovun komandası sonuncu oldu - GÖZLƏNİLMƏZ NƏTİCƏ

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub. 

Newspress.az xəbər verir ki,  Teymur Rəcəbovun da yer aldığı Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub. FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi bu komanda 10 görüşdən cəmi 1-də qələbə qazanıb. 2 oyundan heç-heçə ayrılan kollektiv 7 dəfə məğlubiyyət acısı yaşayıb. 

Ümumi nəticələrə görə, birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər. Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub.

Superfinalda Çin və ABŞ üz-üzə gələcək. Həlledici görüş mayın 10-da keçiriləcək 




Tarix: 2020-05-09 23:29:57 Oxunub: 929 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR