Instagram istifadəçiləri üçün iki yeni xüsusiyyət təqdim etdi

Dünyadakı ən məşhur foto və video paylaşma tətbiqlərindən biri olan Instagram, istifadəçilərin, paylaşımlarda kimlər tərəfindən işarə (tag) edilə biləcəyini seçməyə imkan verən xüsusiyyətini təqdim etdi. Bu xüsusiyyət sayəsində istifadəçilər paylaşımlarında və şərhlərində, hər istifadəçini işarələyə bilməyəcəklər.

Instagram parametrlərinə gələn yeni məxfilik seçimi istifadəçilərə 3 fərqli parametr təklif edir:

Hər kəs: Bütün istifadəçilər istənilən paylaşmada sizi işarə edə biləcəklər.

İzlədiyiniz insanlar: Yalnız izlədiyiniz insanlar sizi paylaşmalarında işarə edə biləcəklər.

Heç kim: Heç kim sizi heç bir paylaşmada işarə edə bilməyəcək.

Beləliklə bu yeni məxfilik xüsusiyyəti sayəsində istifadəçilərpaylaşmalarında və şərhlərində istədikləri birini  qeyd edə bilməyəcəklər.

Instagram minlərlə şərh alan hesabların işini asanlaşdıracaq daha bir yeni xüsusiyyətinidə istifadəyə verdi. Toplu şərh silmə xüsusiyyəti sayəsində istifadəçi, hər hansı bir paylaşmasındakı bütün şərhləri sadəcə bir əməliyyatla siliə biləcək.




Tarix: 2020-05-17 16:14:41 Oxunub: 1077 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR