Saxta məzmunlu xəbərlər koronavirusdan daha sürətli yayılır - ARAŞDIRMA

Çinin Vuhan şəhərində meydana gələn və qısa müddət ərzində bir çox ölkəyə yayılan yeni növ koronavirus (Covid-19) səbəbiylə milyonlarla insan evlərinə qapanmalı oldu. Vəziyyət belə olunca virusun ortaya çıxdığı ilk gündən internet istifadəçilərinin sayında kəskin artma müşahidə olundu. Ancaq bu vəziyyət, xüsusən sosial mediada bəzi yalan və saxta xəbərlərin ortaya çıxmasına səbəb olur.

NewsPress.Az - Xəbər Portalının araştırmasına görə, koronavirusun bilindiyi ilk gündən indiyə kimi bütün dünyada, sosial şəbəkələr vasitəsi ilə, koronavirusla əlaqəli 500 milyondan çox paylaşma edilmişdir. Sosial şəbəkələr vasitəsi ilə edilən bu paylaşmalar arasında Yaponiya, ABŞ, Çin, İtalya və İspaniya ön sıralarda yer alır.

Çox təəsüf ki, bu paylaşmaların böyük bir hissəsi yalan və saxta məlumatlardan ibarətdir.

İnternet istifadəçilərinə sosial şəbəkələrdə paylaşılan hər məlumata inanmamağı və koronavirusla əlaqəli məlumatları yalnız rəsmi saytlardan oxumağı tövsiyyə edirik.

Unutmayaq ki, yalan məlumatların potensial olaraq virusun özündən daha sürətli yayılması, insanların səhv qərar qəbul etmələrinə səbəb ola bilər.




Tarix: 2020-05-17 18:42:56 Oxunub: 1269 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR