Çimməyə də elektron icazə ilə gedəcəyik - AÇIQLAMA

Çimərliklərlə bağlı komissiya yaradılıb və qaydalar hazırlanır.

Newsprss.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər yerdə sosial məsafə saxlamaq vacibdir: "Bununla bağlı bəzi elektron sistemlərdən istifadə olunacaq. Vətəndaş evdən çıxmamışdan qabaq yer sifariş edə bilər. Biz proqram hazırlayırıq".

E.Əzizov bildirib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.




Tarix: 2020-05-18 23:28:04 Oxunub: 812 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR