Minecraft oyunu 200 milyondan çox satıldı

Minecraftın təkmilləşdirmə studiyası olan Mojang, oyunun 200 milyondan çox nüsxə satdığını açıqladı.

İlk olaraq 2011-ci ildə Mojang tərəfindən təqdim olunan və daha sonra 2014-cü ildə Microsoft tərəfindən alınan Minecraft, hər gün oyunçuların sayını artırmaqda davam edir.

Mojang Studios meneceri Helen Chiang, Minecraft-ın satışının 200 milyonu ötdüyünü və oyundakı aylıq aktiv istifadəçilərin sayının 126 milyona çatdığını bildirdi.

Minecraft, 120 milyon nüsxə satan GTA 5 və 100 milyon nüsxə satan Tetris-i geridə qoyaraq, hazırda dünyanın ən çox satılan oyunları siyahısında ön pillədədir.

Xatırladaq ki, Microsoft, Minecraft'ı 2014-cü ildə 2,5 milyard dollara satın almışdı.




Tarix: 2020-05-19 22:21:24 Oxunub: 949 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR