Ronaldu "Yuventus"la məşqlərə başladı - VİDEO

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" komandasının bugünkü məşqində iştirak edib.

35 yaşlı hücumçu hazırlıq prosesindən əvvəl lazımi tibbi testlərdən keçib. Klubun bazasındakı çalışmalar kiçik qruplar şəklində gerçəkləşdirilib.

Turinə mayın 5-də qayıdan Ronaldu 14 günlük karantin dövründən sonra ilk dəfə məşqə çıxıb.

Qeyd edək ki, A Seriyasının iyunun 13-də bərpası nəzərdə tutulurdu. Lakin İtaliya hökuməti idman tədbirlərinin keçirilməsinə qadağanı koronavirusla əlaqədar iyunun 14-dək uzadıb. Bu səbəbdən, çempionatın iyunun 20-də gerçəkləşəcəyi gözlənilir. 




Tarix: 2020-05-19 23:40:34 Oxunub: 1014 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR