Rus klubu azərbaycanlı oyunçu ilə müqaviləni uzatdı

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi "Ufa" bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Newspress.az  qol.az-a istinadən xəbər verir ki, mayın 31-də sözləşmələri başa çatan oyunçuların müqavilələri yenilənib.

Azər Əliyevlə yanaşı, Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq.

Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.




Tarix: 2020-05-30 14:41:02 Oxunub: 964 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR