Polis "sxodka"nı basdı, 30 nəfər saxlanıldı - FOTO

Rusiya asayiş keşikçilərinin Moskvanın şimal-şərqində keçirdiyi əməliyyat nəticəsində 30 kriminal avtoritet saxlanılıb.

Newspress.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Qeyd olunur ki, Altufyevsk şosesində yerləşən kafelərin birində Qafqaz respublikalarından olan kriminal avtoritetlərin “sxodka”sı keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hadisə yerində əməliyyat keçirərək, 30 nəfəri saxlayıb.

Əməliyyat zamanı təhlükəsizlik xidmətinin əməkdaşlarına silahlı müqavimət göstərilib.

Saxlanılan şəxslərdən biri yaralanıb.




Tarix: 2020-06-24 10:29:13 Oxunub: 769 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR