Koronavirus 25 saniyədə məhv olacaq - Alimlər yeni üsul tapdılar

Boston Universitetinin Yoluxucu Xəstəliklər Milli Laboratoriyasının (NIEDL) alimləri “Signify” şirkəti ilə birlikdə koronavirus infeksiyasının 25 saniyədə məhv edilməsinin üsulunu tapıblar.

Newspress.az xəbər verir ki, xüsusi lampaların ultrabənövşəyi şüalanması SARS-CoV-2-ni inaktivasiya edir. Eksperiment zamanı mütəxəssislər virusla çirklənmiş materialı lampalardan yayılan müxtəlif dozalarda ultrabənövşəyi radiasiya ilə şüalandırıblar.

Nəticədə, bir kvadrat santimetr üçün 5 meqacoul dozanın altı saniyədə koronavirusu 99 faiz azaltdığı ortaya çıxıb. Bir kvadrat santimetr çirkləndirilmiş yer 22 meqocoula məruz qaldıqda isə virus 25 saniyədə, demək olar ki, tamamilə məhv olub.




Tarix: 2020-06-27 10:20:52 Oxunub: 68 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR