Beyl Zidanın qərarlarından narazıdır - Pereslə də münasibətləri pisləşib

"Real"da baş məşqçi Zinəddin Zidan və hücumçu Qaret Beyl arasında münasibətlər yenidən pisləşib.

Newspress.az  xəbər verir ki, münasibətlərin pisləşməsinin səbəbi uelsli futbolçunun əsas komandada daha çox oynamalı olduğunu düşünməsidir. Bildirilib ki, bu mövsümün bərpasından sonra 30 yaşlı oyunçu cəmi 1 dəfə start heyətdə meydana çıxıb, 1 dəfə sonradan oyuna daxil olub, 2 dəfə isə ehtiyatda qalıb.

Zidan və onun məşqçi qərargahı Beylin məşqlərdəki çıxışı ilə bağlı şikayəti yoxdur. Lakin fransalı mütəxəssis oyunçunun onun qərarlarına reaksiyasından narazıdır.

Beylin Madrid klubunun prezidenti Florentino Pereslə də arasındakı münasibətlərinin pisləşdiyi vurğulanıb.




Tarix: 2020-06-27 10:29:17 Oxunub: 48 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR