Robben karyerasını bərpa edib - İlk komandasında oynayacaq

"Bavariya"nın sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edib.

Newspress.az xəbər verirki, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü danışıb.

Niderland millisinin keçmiş oyunçusu birillik fasilədən sonra futbola döndüyünü və ilk klubu olan "Qroningen"də çıxış edəcəyini açıqlayıb: "Futbolçu kimi "Qroningen"ə qayıdıram. Futbola dönmək üzərində işləyirəm, məqsədim budur. Bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma "Qroningen"də oynamaq xəyalımdır".

Qeyd edək ki, "Qroningen"in yetirməsi olan Aryen Robben 2000-2002-ci illərdə bu klubun əsas komandasında çıxış edib. O, 10 il formasını geyindiyi "Bavariya"nın heyətində olarkən ötən ilin yayında futboldan gedib.




Tarix: 2020-06-27 22:58:38 Oxunub: 56 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR