"Barselona" səfərdə xal itirdi - "Real" liderlik üçün meydana çıxacaq

İspaniya La Liqasında XXXII turun növbəti oyunları keçirilib.

Newspress.az xəbər verir ki, "Barselona" Viqo səfərində "Selta" ilə qarşılaşıb.

Kataloniya təmsilçisi son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verərək, 1 xalla kifayətlənib. "Barsa" ən azı bir günlük liderliyə yüksəlsə də, çempionluq mübarizəsində önəmli 2 xal itirib.

Ancaq "Atletiko" doğma arenasında ortabab "Alaves" üzərində qələbə qazanmağa müvəffəq olub.

Avropa Liqasına iddia edən "Atletik" isə elitanı tərk etmək təhlükəsi yaşayan "Malyorka"nı əliboş yola salıb.

Qeyd edək ki, turun digər görüşləri iyunun 28-29-da baş tutacaq.

İspaniya La Liqası
XXXII tur
27 iyun
"Atletik" - "Malyorka" - 3:1

Qarsiya, 16 (pen.); Sanket, 24; Villalibre, 90 - Budimir, 70
"Selta" - "Barselona" - 2:2
Smolov, 50; Aspas, 88 - Suares, 20, 67
"Osasuna" - "Leqanes" - 2:1
Enrix, 9, 90+6 - Aviles, 50
"Atletiko" - "Alaves" - 2:1
Saul, 59; Dieqo Kosta, 71 (pen.) - Jozelu, 90+1 (pen.)




Tarix: 2020-06-28 10:08:43 Oxunub: 46 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR