"Trabzonspor"a ağır zərbə - "Qalatasaray" yarışa ortaq ola biləcəkmi?

Türkiyə Super Liqasında XXIX tur davam edir.

Newspress.az xəbər verir ki, Super Liqada daha 3 oyun keçirilib.

"Fənərbaxça"nın elitada qalmaq uğrunda mübarizə aparan "Yeni Malatyaspor"la görüşünün son dəqiqələri drammatik alınıb. Matçda 80-ci dəqiqədən sonra 4 qol vurulub. İstanbul nəhəngi hesabda geri düşməsinə baxmayaraq, əlavə edilmiş dəqiqələrdə 2 dəfə fərqlənərək, əzmkar qələbəyə sevinib.

Avrokuboklara iddiasını davam etdirən "Alanyaspor" ortabab "Göztəpə" ilə dueldə qalibiyyəti son anda əldən verib.

Çempionluğu hədəfləyən "Trabzonspor" isə evdə autsayder "Ankaragücü" önündə büdrəyib.

Bu axşam "Başakşəhər"in qonağı olacaq Terimin komandası qələbə qazanacağı təqdirdə yenidən çempionluq yarışına ortaq olacaq.

Qeyd edək ki, turun digər oyunları iyunun 28-29-da keçiriləcək.

Türkiyə Super Liqası
XXIX tur
27 iyun
"Fənərbaxça" - "Yeni Malatyaspor" - 3:2

Muriqi, 70; Ozan Tufan, 90+1, 90+6 - Dnayişimiye, 81; Donald, 89
"Göztəpə" - "Alanyaspor" - 3:3
Sərdar Gürlər, 11; Alparslan Öztürk, 49; Napoleoni, 90 - Efecan Karaca, 4; Sisse, 45+2, 65
"Trabzonspor" - "Ankaragücü" - 1:1
Sorlot, 3 - Rodriges, 63 (pen.)




Tarix: 2020-06-28 10:24:17 Oxunub: 746 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR